2024-05-20
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Tayvanda seçkilərdə qalib gəlmiş şəxsin vəzifəsinin icrasına başlaması ilə bağlı medianın sualına cavabı
Sual: Tayvanda bu ilki seçkilərdə qalib gəlmiş Lay Tsinde vəzifəsinin icrasına başlayıb. Tayvanda baş vermis seçkilər və Tayvan administrasiyasının rəhbərinin fəaliyyətə başlaması ilə bağlı XİN-in mövqeyi nədir?
Cavab: Cari ilin 13 yanvar tarixində Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edildiyi kimi, Azərbaycan Respublikası “vahid Çin” siyasətini dəstəkləyir və ölkəmiz Tayvanın müstəqilliyini tanımır.