2022-04-14

Meksika ilə Azərbaycan arasında turizm imkanları müzakirə edilib

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov bu ölkənin turizm naziri Migel Torruko Markes ilə görüşüb.
Görüş zamanı Meksika ilə Azərbaycan arasında turizmin inkişafı perspektivləri, turist axınının qarşılıqlı artımı və bu sektorda təcrübə mübadiləsinin səmərəliliyindən söhbət açılıb, hava əlaqəsi və Azərbaycan vətəndaşları üçün Meksika elektron vizasının tətbiqi imkanları kimi əməkdaşlıq məsələləri müzakirə edilib.

Tədbirdə, həmçinin, pandemiyadan sonrakı dövrdə turizm sektorunun yenidən canlanması üçün səylərin davam etdirilməsi, iqtisadiyyatın bu vacib sahəsinin bərpası istiqamətində hər iki ölkənin turizm sahəsi nümayəndələri arasında əlaqələrin təşviq olunmasının zəruriliyi vurğulanıb.

Görüşün sonunda nazir M.Torruko M.Talıbovu Mexiko Ştatında özəl əl işlərinə həsr olunmuş “Punto México” sərgisi ilə tanış edib.
https://azertag.az/xeber/2091023 

Arxiv üzrə axtarış