Meksikanin ən böyük və qabaqcıl ali təhsil ocağı olan Meksika Milli Muxtar Universitetində (Universidad Nacioanal Autonoma de Mexico - UNAM) Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi tərəfindən “Azərbaycanın Təqdimatı” tədbiri keçirilmişdir.
Amerika qitəsinin ilk təhsil ocağı kimi təməli 1584-cü ildə qoyulmuş ümumilikdə 337 min tələbənin təhsil aldığı, 30 minlik müəllim-professor heyətinin çalışdığı bu ali təhsil ocaqında Birləşmiş Millətlər Təşkilatı günü münasibətilə təşkil olunmuş və səfirliyin dəvət olunduğu tədbirdə iki yüzdən artıq tələbə və müəllim iştirak etmişdir. Qeyd etmək istərdik ki, bu təhsil ocağında dünya elminin inkişafına verdikləri töhfələrə görə müxtəlif səviyyəli beynəlxalq mükafatlar almış çoxlu sayda alim çalışır və onlardan ikisi Nobel mükafatına layiq görülmüşdür.
Qeyd etmək lazımdır ki, tədbirdə nümayiş etdirilmiş video-çarx və çıxışlar böyük maraqla qarşılanmış və təqdimatdan sonra müəllim professor heyəti ilə dəyirmi masa arxasında keçirilmiş fikir mübadiləsi zamanı ölkəmiz haqqında müsbət fikirlər səsləndirilmiş və universitet ilə ölkəmizin ali təhsil ocağları arasında mümkün əməkdaşlıq perspektivlərindən danışılmışdır.