2016-10-18

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı müvəqqəti işlər vəkili Mehriban Səmədovanın Meksikanın “Enlacio Judio” Yəhudi Xəbər Portalının jurnalisti Elena Bialostoki ilə Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci ildönümünün qeyd olunması ilə əlaqədar müsahibəsi yayımlanmışdır.

Avrasiyada heç bir ölkə İsrail ilə Azərbaycan kimi daha sıx və ya isti əlaqələrdə deyil. Azərbaycan əsasən müsəlman ölkəsi olduğu üçün, iki ölkə arasında mövcud əlaqələr təəccüblü deyil.  Bu yaxın əlaqələrin səbəbi müsəlman azərbaycanlılar və yəhudilər arasında uzun dostluğa bağlıdır. Milli azlıqlara qarşı hörmət və tolerantlıq hələ qədim dövürdən bəri müasir dövrə qədər ölkənin inkişafında mühüm rol oynamışdır. Azərbaycan və İsrail münasibətləri müsbət, strateji tərəfdaşlığa əsaslanır. Azərbaycan-İsrail ticarət əməkdaşlığı inkişaftadır və hər il demək olar ki, 4 milyard dollar təşkil edir. Əvvəllər neft və qaz sahəsinə diqqət yetirilməsinə baxmayaraq, indi iqtisadiyyatın digər sahələrinə də maraq göstərilir. İsrail və Azərbaycan arasında mövcud  münasibətlər kimi müsəlman azərbaycanlıları və yahudi azərbaycanlıları arasında olan münasibətlər sadə qarşılıqlı maraq ilə izah edilə bilməz. Ümumi dəyərlər və ortaq tarix, müasir münasibətlərə də təsir göstərir. Hər iki ölkə, onların arasında insan əlaqələri ilə və müxtəlif cəmiyyətlərdə yaşamaq və dini tolerantlıq ilə zəngindir.

https://www.youtube.com/watch?v=a4sRXWFQC3k

Arxiv üzrə axtarış