Uşaqların fotoşəkilini pasporta əlavə edilməsi

1. 18 yaşı tamam olmamış uşağın doğum haqqında şəhadətnaməsinin notariusda təsdiq edilmiş surəti;

2. Fotoşəklin daxil ediləcəyi pasportun sahibi olan valideynin şəxsi ərizəsi (ərizədəki şəxsi imza notarial qaydada təsdiq olunmalıdır);

3.Fotoşəkilin daxil ediləcəyi pasportun əsli;

4. Daxil ediləcək uşağın rəngli fotoşəkilli – 3 ədəd;

5. Valideynlərin pasportlarının surətləri – 1 nüsxə;

Qeyd: AR vətəndaşı olan valideynlər AR-in Meksikadakı səfirliyində konsulluq qeydiyyatında deyillərsə, bu zaman konsulluq qeydiyyatından keçməlidirlər.

6. Valideynlərin nikah şəhadətnamələrinin notarial qaydada təsdiq olunmuş surəti – 1 nüsxə;

7. Valideynlərin razılıq ərizəsi (ərizədəki şəxsi imza notarial qaydada təsdiq olunmalıdır);

Qeyd: Fotoşəkil bir valideynin pasportuna daxil edildikdə, digər valideynin etiraz etməməsi haqqında notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi. (Misal üçün: Fotoşəkil ananın pasportuna daxil edildikdə, atanın etiraz etməməsi haqqında notariusda təsdiq edilmiş razılıq ərizəsi).

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə edin.

 

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

 

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.