18 yaşı tamam olmuş
18 yaşı tamam olmuş və ilk dəfə pasport alan vətəndaşlara səfirlik vasitəsilə pasportun rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
  1. Doğum haqqında şəhadətnamə;
     
  2. Doğum haqqında şəhadətnamə surəti - 3 nüsxə;
     
  3. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun əsli;
     
  4. Xarici ölkəyə gəldiyi zaman onun şəkili əlavə olunmuş pasportun surəti - 3 nüsxə;
     
  5. Pasportun 2-ci, 3-cü, 4-cü, 5-ci və axırıncı səhifələrinin surətləri və həmçinin, Latin Amerikada leqal yaşamaqla bağlı immiqrasiya xidməti və Səfirlik tərəfindən qeydlər aparılmış səhifələrin surətləri.
     
  6. Ərizə - Anket - 2 nüsxə (Nümunə);
     
  7. Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi ilə qeyd edilən 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.
     
  8. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;

  9. Azərbaycan Respublikası vətəndaşının ərizəsi (Nümunə);
     
  10. "FM" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
    Tələbələr, həmçinin oxuduqları təhsil müəssisəsindən müvafiq arayış təqdim etməlidirlər.
     
  11. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd (3.5x4.5 cm, Ağ fon ilə);
    Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.
     
  12. Qan qrupu haqqında tibbi arayış - 1 ədəd;

13. 55 (əlli beş) ABŞ dolları məbləğində konsulluq hesabına köçürülməlidir, və bütün tələb olunan sənədlərin əslərini təqdim etməydən əvvəl, ödənişi təsdiq edən sənədin kopiyası konsulluq elektron ünvanına göndərilməlidir;

Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır.

14. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;

40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə.

Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.