Pasportunu itirmiş

Pasportun itdiyi ərazinin polisindən müvafiq arayış;

2. Pasportun surəti (olduğu tədqirdə);

3. Ərizə - Anket - 2 nüsxə (Nümunə); Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi ilə qeyd edilən 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.

4. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası;

5. Azərbaycan Respublikası vətəndaşının ərizəsi (Nümunə);

6. "FM" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;

Tələbələr, həmçinin oxuduqları təhsil müəssisəsindən müvafiq arayış təqdim etməlidirlər.

7. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd (3.5x4.5 cm, Ağ fon ilə); Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.

8. Qan qrupu haqqında tibbi arayış - 1 ədəd;

55 (əlli beş) ABŞ dolları məbləğində konsulluq hesabına köçürülməlidir, və bütün tələb olunan sənədlərin əslərini təqdim etməydən əvvəl, ödənişi təsdiq edən sənədin kopiyası konsulluq elektron ünvanına göndərilməlidir; Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır.

40 Azərbaycan manatı məbləğində dövlət rüsumu.Həmin rüsum aşağıdakı bank hesabına köçürülməli və ödənişi təsdiq edən qəbzin əsli sənədlərə əlavə edilməlidir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə.

Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.

Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.