Etibarliq müddəti bitmiş
Etibarliq müddəti bitmiş, səhifələri dolmuş pasportun səfirlik vasitəsilə əvəz edilməsi üçün tələb olunan sənədlər: Print E-mail
1. Pasportun əsli;
2. Pasportun surəti - 3 nüsxə;
3. Ərizə - Anket - 2 nüsxə Nümunə;
Anket Azərbaycan dilində latın qrafikası ilə dəqiq və aydın yazılmalıdır. Yalnız ( * ) ulduz işarəsi ilə qeyd edilən 1.1., 1.2., l.3., 1.4., 1.5., 1.6., 1.7., 1.8., 1.9. və 17-ci qrafalar doldurulmalıdır.17-ci qrafada ərizəçinin imzası notariusda təsdiq etdirilməlidir.
5. Azərbaycan Respublikası vətəndaşının ərizəsi Nümunə;
6. "FM" sənədinin Notariusda təsdiq olunmuş surəti - 3 nüsxə;
Tələbələr, həmçinin oxuduqları təhsil müəssisəsindən müvafiq arayış təqdim etməlidirlər.
7. Pasport üçün rəngli fotoşəkil - 4 ədəd (3.5x4.5 cm, Ağ fon ilə);
Şəxsin adı və soyadı fotoşəkillərin arxasında yazılmalıdır.
8. Qan qrupu haqqında tibbi arayış - 1 ədəd;
9. 55 (əlli beş) ABŞ dolları məbləğində ;
Səfirlik vasitəsilə sənədlərin tərtibinə görə ödənilən bu rüsum Səfirliyin adına yazılmalıdır. "Pay to the order of: Embassy of Azerbaijan".
10. 40 (qırx) manat məbləğində rüsum Bakıda Daxili İşlər Nazirlyinin Pasport və Qeydiyyat İdarəsinin kassasında ödənilir;
40 (qırx) manat Bakıda ödənildikdən sonra, Konsulluq İdarəsi sənədləri Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə göndərir.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi üçün: Sənədlərin geri qaytarılması üçün poçt xərcləri ödənilmiş zərfi əlavə.

Pasportun rəsmiləşdirilməsi adətən 2-4 ay müddət tələb edir.
Diqqət!

Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərişi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.
Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.
Xahiş olunur, heç bir sənədə “stapler” vurmayın.