BILATERAL RELATIONS

İyun, 2015-ci il

Mündəricat

 

1.     Ali və yüksək səviyyəli səfər və görüşlər

2.     Əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair tezislər

3.     Azərbaycan–Meksika münasibətlərinə dair məlumatlar (cədvəl)

4.    Azərbaycan–Meksika münasibətləri (geniş)

5.     Meksika Birləşmiş Ştatları (qısa məlumat)

6.     Meksikanın xarici siyasəti

7.     Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar

Meksikanın mövqeyi

8.    Meksikanın erməni icması

9.     Tərcümeyi-hallar:

         Prezident:

         Enrike Penya Nieto

         Xarici İşlər Naziri:

Xose Antonio Meade Kuribrenya

 1. Ali və yüksək səviyyəli səfər və görüşlər

 

Səfərlər

 

Azərbaycana

 

Meksikaya

Prezidentlər

 

 

 

Heydər Əliyev

 

Səfər həyata keçirilməyib

 

20 aprel, 1982-ci il

Sovet nümayəndə heyətinin rəhbəri.

 

 

 

 

 

 

Parlament sədrləri

 

 

 

 

 

Səfər həyata keçirilməyib

 

Səfər həyata keçirilməyib

Baş nazirlər

 

 

 

 

 

Səfər həyata keçirilməyib

 

Səfər həyata keçirilməyib

 

 

 

 

 

Xarici işlər nazirləri

 

 

 

Elmar Məmmədyarov

 

Səfər həyata keçirilməyib

1.

Rəsmi səfər

27–29 mart 2011-ci il

 

 

        

 

2.

İşgüzar səfər

19-20 fevral 2012-ci il

 Ali və yüksək səviyyəli görüşlər

 

Rəsmilər:

 

Görüşlərin tarixi

 

Görüşlərin keçirildiyi yer

(tədbir)

Prezidentlər

 

Görüş keçirilməyib

 

 

Baş nazirlər

 

 

Görüş keçirilməyib

 

 

Parlament sədrləri

 

Görüş keçirilməyib

 

 

Xarici işlər nazirləri

 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Meksika Birləşmiş Ştatlarının xarici işlər naziri Patrisia Espinosa

 

 

26 sentyabr 2008-ci il

 

BMT Baş Assambleyasının 63-cü sessiyası zamanı

 

21 sentyabr 2010-cu ildə

 

BMT Baş Assambleyasının 65-ci sessiyası zamanı

 

19-20 fevral 2012-ci il

 

Meksikanın Los Kabos şəhərində “Böyük İyirmilik” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində


3. Azərbaycan–Meksika münasibətlərinə dair məlumatlar

25 dekabr 1991-ci ildə Meksika Birləşmiş Ştatları Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 10 fevral 1992-ci ildə iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur.

Səfirliklərin fəaliyyəti

2 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinin təsis edilməsi haqqında qərar qəbul edilmiş və 14 aprel 2009-cu ildə İ.Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

21 oktyabr 2009-cu ildə səfir İ.Muxtarov etimadnaməsini Meksikanın Prezidenti Felipe Kalderona təqdim etmişdir.

12 oktyabr 2010-cu ildə Meksikanın iqamətgahı Türkiyədə olmaqla eyni zamanda Azərbaycana təyin edilmiş səfiri Xaime Enrike Qarsia Amaral etimadnaməsini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

 

1 mart 2014-cü ildə Meksikanın iqamətgahı Türkiyədə olmaqla eyni zamanda Azərbaycana təyin edilmiş növbəti səfiri xanım Marta Elena Federika Barsena Koki (Marta Elena Federica Bárcena Coqui) etimadnaməsini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

 

2014-cü ilin 14 iyun tarixində Meksika XİN-dən Səfirliyə daxil olmuş                13.06.14 tarixli, SSRE-1469 saylı notada Meksika hökumətinin Sakit Okean Alyansı ölkələri ilə birgə Meksikanın Bakıda diplomatik nümayəndəliyini açmaq qərarına gəldiyi bildirilmişdir.

 

2014-cü ilin 18 iyun tarixində AR XİN-dən Meksika XİN-ə ünvanlanmış 5/14-1213/14/14 saylı, 18.06.14 tarixli notada Meksikanın Bakıda Səfirliyinin açılmasına Azərbaycan hökumətinin razılığı və dəstəyi ifadə olunmuşdur.

 

 

1 oktyabr 2014-cü ildə Meksikanın Bakıda Səfirliyi fəaliyyətə başlamış və  diplomatik missiyasının rəhbəri (Səfir) təyin edilənədək Meksika XİN-in I katibi Fransisko Ernesto Romero Bok (Francisco Ernesto Romero Bock) bu ölkənin iqamətgahı Bakıda yerləşən ilk diplomatik nümayəndəliyinin rəhbəri/müvəqqəti işlər vəkili olmuşdur.

 

29 may 2015-ci il tarixdə Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Flores etimadnaməsinin surətini Xarici İşlər Naziri Elmar Məmmədyarova təqdim etmişdir.

 

2015-ci ilin 4 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfir Xuan Rodrigo Labardini Floresin etimadnaməsini qəbul etmişdir.

 

Parlament-lərarası əlaqələr

2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.

 

Hal-hazırda Qrupun rəhbəri: Ülvi Quliyev

 

8 aprel 2010-cu ildə Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.

 

Hal-hazırda Qrupun rəhbəri: Raymundo King de la Rosa

 

 

 

 

Ticari-iqtisadi əlaqələr

 

Azərbaycan və Meksika arasında

ticarət dövriyyəsi (milyon ABŞ dolları ilə)

 

 

İllər üzrə

Ticarət dövriyyəsi

 

İdxal

 

 

İxrac

 

 

Saldo

2012-ci il

5049,5

4505,5

544,0

-3961,5

2013-cü il

6236,0

6203,1

32,9

-6170,2

2014-cü il

7208,0

7127,4

80,6

-7046,8

 

 

 

 

 

 

İdxal və ixrac olunan əsas ticarət malları:

 

-      Azərbaycan Respublikasına Meksikadan idxal: qurudulmuş noxud, dondurulmuş Sakit okean balıqları (əsasən qızıl balıq), təzə və dondurulmuş digər balıqlar (əsasən qızıl balıq), şəkərdən hazırlanan tərkibində kakao olmayan qənnadı məmulatları, habelə şokolad və ondan hazırlanan məmulatlar.

 

-      Azərbaycan Respublikasından Meksikaya ixrac: Araqatlar, şaybalar və maqnitil rezin lent, bərkitmələr, yer və tunelqazan maşınların hissələri.

 

Beynəlxalq təşkilatlarda dəstək

 

 

2006-cı ildə BMT Baş Assambleyasının 61-ci sessiyasında “GUAM ərazisində uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” qətnaməsinin müzakirəsi zamanı səsvermədə Meksika Azərbaycanı dəstəkləmişdir.

 

2008-ci il mart ayının 14-də BMT Baş Assambleyasının 62-ci plenar iclasında  “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamə üzrə keçirilmiş səsvermədə Meksika Azərbaycanın təşəbbüsünü dəstəkləməmişdir (bitərəf mövqe nümayiş etdirmişdir).

 

2010-cu ilin iyun ayında YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə keçirilən seçkilərdə (Abu-Dabi) Meksika Azərbaycanı dəstəkləmişdir.

 

2011-ci ilin 23 oktyabr tarixində Meksika xarici işlər nazirinin müavini Qomes Robledonun şifahi olaraq bildirdiyinə əsasən, 2012–2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə Azərbaycanın namizədliyini Meksika dəstəkləmişdir (1-ci tur istisna olmaqla, sonrakı bütün turlarda). 

 

12 noyabr 2013-cü il tarixdə BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Meksikanın 2014-2016-cı illər üzrə İnsan Hüquqları Şurasına namizədliyinə Azərbaycandan dəstək verilmiş və Meksika Şuraya üzv seçilmişdir.

 

2014-2015-ci illər üçün Beynəlxalq Dəniz Təşkilatının Şurasına (C kateqoriyası) Meksikanın namizədliyi Azərbaycan tərəfindən dəstəklənmişdir.

 

2013-2016-cı illər üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurasına Meksikanın namizədliyi Azərbaycan tərəfindən dəstəklənmişdir.

 

Meksika tərəfi 2017-2019-cu illər üçün İqtisadi və Sosial Şuranın üzvlüyünə Azərbaycanın namizədliyini dəstəkləyəcəyi barədə vəd vermişdir.

2013-cü ilin 12-13 aprel tarixində GUAM-ın Milli Əlaqələndirmə Şurasının iclasında Sakit Okean Alyansı ilə GUAM arasında siyasi dialoq təşəbbüsü müzakirəyə çıxarılmış və məsələyə müsbət münasibət bildirilmişdir. 2013-cü ilin sentyabr ayında Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası zamanı Sakit Okean Alyansı və GUAM sədrləri arasında görüş keçirilmiş və gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

 

 

İki ölkə arasında problemli məsələlər

 

-   Qarşılıqlı razılaşma əsasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Meksika–Azərbaycan Dostluq Parkı ərazisində ucaldılmış abidəsinin Mexiko şəhər Hökumətinin müqavilə öhdəliklərinə zidd olaraq götürülməsi ilə bağlı narazılığın bildirilməsi;

 

Qeyd: Meksikadakı səfirliyimizin bütün cəhdlərinə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi Azərbaycan tərəfinin razılığı olmadan 2013-cü ilin yanvar 26-da Mexiko şəhər Hökuməti tərəfindən götürülmüşdür.

 

Qeyd: Mexiko şəhər Hökuməti Azərbaycan Mədəniyyət Evi kimi fəaliyyət göstərəcək inzibati binanın səfirliyin istifadəsinə verilməsinə dair müvafiq saziş layihəsini təqdim etmişdir. Saziş layihəsi Azərbaycan tərəfində nəzərdən keçirildikdən sonra, AR Prezident Administrasiyasından daxil olmuş məktubda sənədin imzalanmasının məqsədəuyğun olmadığı bildirilmişdir. Bununla yanaşı, Mexiko şəhər hökuməti (Federal Bölgə Hökuməti) daşınmaz əmlakın Azərbaycan Respublikasına ötürülməsinə dair qərar qəbul etmiş və sözügedən qərar Federal Bölgə Hökumətinin Rəsmi Qəzetində 2015-ci ilin 7 yanvar buraxılışında dərc edilmişdir. Eyni zamanda, Federal Bölgə Hökumətinin mətbuat katibi bildirmişdir ki, qeyd edilən daşınmaz əmlakın Azərbaycan tərəfinə ötürülməsi üçün Meksika XİN-in müvafiq icazəsi vacibdir.

 

Sözügedən icazə Meksika XİN-in müvafiq rəsmi notası ilə artıq Mexikodakı Səfirliyimizə daxil olmuşdur.

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında 5 sənəd imzalanmış, 26 sənəd layihəsi isə baxılmaqdadır.

 4. Azərbaycan–Meksika münasibətləri

 Qısa tarixi məlumat

 25 dekabr 1991-ci ildə Meksika Birləşmiş Ştatları Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır

02 oktyabr 2006-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə iqamətgahı Mexiko şəhərində olmaqla Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında Səfirliyinin təsis edilməsi haqqında qərar qəbul edilmişdir.

8 aprel 2007-ci ildə Meksikanın Türkiyədəki və eyni zamanda Azərbaycanda akkreditə olunmuş Səfiri Salvador Kampos İkardo ölkəmizdə səfərdə olmuşdur.

26 sentyabr 2007-ci ildə Azərbaycan Respublikası xarici işlər naziri E.Məmmədyarov BMT Baş Assambleyasının sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Meksika Birləşmiş Ştatları xarici işlər nazirinin müavini L.A. Bezauri ilə ikitərəfli görüş keçirmişdir.

28 mart 2008-ci ildə Meksika Birləşmiş Ştatları xarici işlər nazirinin müavini xanım Mariya de Lurdes Aranda Bezauri və Meksikanın Türkiyədəki və eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Salvador Kampos İkardo Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində qarşı tərəf AR xarici işlər naziri E.Məmmədyarov, sənaye və energetika naziri N.Əliyev, iqtisadi inkişaf naziri H.Babayev, xarici işlər nazirinin müavini X.Xələfov və Dövlət Neft Şirkətinin vitse-prezidenti E.Nəsirovla görüşmüşdür.

26 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası xarici işlər naziri E.Məmmədyarov BMT Baş Assambleyasının 62-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Meksika Birləşmiş Ştatları xarici işlər naziri P.Espinosa Kanteyano ilə ikitərəfli görüş keçirmişdir.

14 aprel 2009-cu ildə İ.Muxtarov Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

21 oktyabr 2009-cu ildə səfir İ.Muxtarov etimadnaməsini Meksikanın Prezidenti Felipe Kalderona təqdim etmişdir.

5-8 noyabr 2009-cu ildə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini A.Əzimov Meksikaya səfər etmişdir. A.Əzimov səfər zamanı Meksika Birləşmiş Ştatlarının xarici işlər naziri P.Espinosa Kanteyano və Nazir müavini L.Aranda Bezauri ilə görüşlər keçirmişdir.

08 aprel 2010-cu ildə Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.

21 sentyabr 2010-cu ildə Nyu-York səhərində BMT Baş Assambleyasının 65-ci sessiyasının işində iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Meksika xarici işlər naziri Patrisia Espinosa arasında görüş keçirilmişdir.

12 oktyabr 2010-cu ildə Meksikanın iqamətgahı Türkiyədə olmaqla eyni zamanda Azərbaycana təyin edilmiş səfiri Xaime Enrike Qarsia Amaral etimadnaməsini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

27-29 mart 2011-ci ildə xarici işlər naziri E.Məmmədyarov Mexikoya səfər etmişdir. Səfər çərçivəsində nazir E.Məmmədyarov Meksikanın xarici işlər naziri xanım Patrisia Espinosa Kanteyano, Meksika Senatının üzvləri, Konqresin Deputatlar Palatasında Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri və Palatanın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Porfirio Munyoz Ledo ilə görüşlər keçirmişdir. Səfər zamanı E.Məmmədyarov, həmçinin Meksika XİN-in Diplomatik Akademiyasında Azərbaycanın xarici siyasəti mövzusu ilə bağlı təşkil edilmiş elmi konfransda çıxış etmişdir.

19-20 fevral 2012-ci ildə AR xarici işlər naziri E.Məmmədyarov Meksikanın Los Kabos şəhərində “Böyük İyirmilik” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında aparıcı spiker və müşahidəçi kimi iştirak etmək üçün Meksikada səfərdə olmuş, tədbir çərçivəsində xarici işlər naziri P.Espinosa ilə görüşlər keçirmişdir.

29 noyabr - 3 dekabr 2012-ci ildə federal hakimiyyətin yeni seçilmiş Prezident Enrike Penya Nietoya ötürülməsi mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov Meksikada rəsmi səfərdə olmuşdur.

1 mart 2014-cü ildə Meksikanın iqamətgahı Türkiyədə olmaqla eyni zamanda Azərbaycana təyin edilmiş növbəti səfiri xanım Marta Elena Federika Barsena Koki (Marta Elena Federica Bárcena Coqui) etimadnaməsini Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

1 oktyabr 2014-cü ildə Meksikanın Azərbaycandakı müvəqqəti işlər vəkili (Meksika XİN-in I katibi) Fransisko Ernesto Romero Bok (Francisco Ernesto Romero Bock) bu ölkənin iqamətgahı Bakıda yerləşən ilk diplomatik nümayəndəliyinin rəhbəri kimi fəaliyyətə başlamışdır.

29 may 2015-ci il tarixdə Meksika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş ilk səfiri Xuan Rodriqo Labardini Flores etimadnaməsinin surətini Xarici işlər naziri Elmar Məmmədyarova təqdim etmişdir.

 Parlamentlərarası əlaqələr

 Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Meksika Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hazırkı tərkibi:

  1. Ülvi Quliyev (qrupun rəhbəri)
     
  2. Aqil Abbas
     
  3. Fəzail İbrahimli
     
  4. Ceyhun Osmanlı

Meksika Konqresinin Deputatlar Palatasında  Meksika-Azərbaycan Dostluq Qrupunun hazırkı tərkibi:

  1. Raymundo King de la Rosa (qrupun rəhbəri – iqtidarda olan PRİ partiyası)
     
  2. Lopez Lopez Raudel
     
  3. Salgado Delgado Fernanda
     
  4. Lopez Gonzales Roberto

2005-ci ildə AR Milli Məclisində Azərbaycan-Meksika Parlamentlərarası dostluq qrupu yaradılmışdır.

8 aprel 2010-cu ildə Meksika Konqresinin Deputatlar Palatasında Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmışdır.

22-25 sentyabr 2011-ci ildə  Meksika senatoru Anxel Alonso Diaz-Canexa, Deputatlar Palatasının nümayəndəsi Kuautemok Sandoval Ramirez Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar dövlət tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşlar.

4  noyabr 2011-ci ildə senator Karlos Ximenes Masiasın müəllifi olduğu “Senatın Asiya-Sakit oken ölkələri üzrə xarici əlqələr komitəsinin Dağlıq Qarabağ regionunda münaqişəyə dair rəyi” adlı sənəd (Təkliflərlə birgə Razılaşma maddəsi) Meksika Senatında qəbul edilmişdir. Sənəddə Xocalı soyqırımı “qətliam” kimi qeyd edilmiş, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənmişdir.

8 dekabr 2011-ci ildə Meksika Konqresinin Deputatlar Palatasının sessiyasında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında” sənəd  (Razılaşma Maddəsi) qəbul edilmişdir. Sənəddə Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi, ölkəmizin əhalisinə qarşı Ermənistan qoşunları tərəfindən zorakılıqlar edilməsi, mülki insanların məhv edilməsi, xüsusi ilə də “soyqırımı” ifadəsindən istifadə edilərək Xocalı soyqırımı zamanı baş vermiş cinayətlər qətiyyətlə pislənmişdir.    

Qeyd: Sözügedən sənədin müəllifi, Meksika Deputatlar Palatasında Meksika–Azərbaycan Dostluq Qrupunun həmin dövrdəki rəhbəri Markos Perez Esker “Meksika ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilmişdir.

11-14 dekabr 2011-ci ildə  Meksika Senatının Asiya və Sakit okean ölkələri üzrə Xarici əlaqələr komitəsinin rəhbəri senator Karlos Ximenes Masias və həmin komitənin üzvləri Qaribay Qarsiya və Xose Antonio Badia San Martin Bakıya səfər etmişdir.

10-13 iyul 2012-ci ildə Meksika Senatının vitse-prezidenti Fransisko Arroyo Vieyranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin Sədri cənab Oqtay Əsədov, xarici işlər naziri cənab Elmar Məmmədyarov, sənaye və energetika naziri cənab Natiq Əliyev qəbul etmişdir. 

17-20 iyul 2012-ci ildə Meksika Konqresinin Deputatlar Palatasının Prezidenti Oskar Martin Arse Paniaquanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə Meksika – Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Marcos Perez Esquer və Deputatlar Palatasının müşaviri Xuan Maria Naveja daxil idi. Nümayəndə heyətini AR Prezidenti qəbul etmiş, həmçinin AR Milli Məclisinin Sədri Oqtay Əsədov,  sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri keçirilmişdir.

7-11 oktyabr 2012-ci ildə Meksika Konqresinin Deputatlar Palatasının Beynəlxalq əlaqələr komitəsinin keçmiş sədri Porfirio Munyoz Ledo Azərbaycana səfər etmişdir. Səfər zamanı deputat P.Munyoz Ledo Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisin sədri və xarici işlər naziri tərəfindən qəbul edilmişdir.

29 noyabr - 3 dekabr 2012-ci ildə federal hakimiyyətin yeni seçilmiş Prezident Enrike Penya Nietoya ötürülməsi mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov Meksikada rəsmi səfərdə olmuşdur.

23 aprel 2013-cü il tarixdə yeni çağırış parlamentinin Siyasi Koordinasiya Şurasının toplantısında Meksika-Azərbaycan Dostluq Qrupu yaradılmış və bu barədə müvafiq məlumat Parlamentin sədri vasitəsi ilə Plenar Sessiyanın diqqətinə təqdim edilmişdir. Meksika-Azərbaycan Dostluq Qrupunun sədri deputat Raymundo King de la Rosa təyin edilmişdir (iqtidarda olan PRİ partiyasının nümayəndəsi).

12-15 iyun 2013-cü il tarixdə Meksika Senatının Enerji komitəsinin sədri, senator David Pençina Qrubun rəhbərlik etdiyi Meksika Senat nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfərin məqsədi iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsi, enerji sektorunda əməkdaşlıq, o cümlədən enerji sektoruna xarici sərmayələrin cəlb edilməsi təcrübəsinin, habelə AR Dövlət Neft Fondunun təcrübəsinin öyrənilməsindən ibarət olmuşdur. Səfər zamanı Meksika nümayəndə heyəti AR Milli Məclisi sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, xarici işlər naziri E.Məmmədyarov, Sənaye və energetika nazirinin müavini Natiq Abbasov,  habelə AR Dövlət Neft Fondu və digər dövlət qurumlarında görüşlər keçirmişlər.

2013-cü ilin oktyabr ayında Latın Amerikası və Karib Hövzəsi Ölkələrinin Siyasi Partiyalarının Daimi Konfransının (COPPPAL) nümayəndə heyəti, təşkilatın Vitse-prezidenti Qustavo Karvaxalın rəhbərliyi ilə, Azərbaycanda prezident seçkilərini müşahidə missiyasını həyata keçirmək üçün Azərbaycana səfər etmişdir. Missiya ümumilikdə seçkilərin bütün qanuni tələblərə cavab verdiyi barədə ölkə mətbuatına bəyanat vermişdir.

2014-cü ilin 12-16 yanvar tarixində Meksika Senatı Xarici Əlaqələr Komitəsinin Prezidenti xanım Qabriela Kuevas Barronun rəhbərliyi ilə Meksika Senat nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı  nümayəndə heyəti AR Xarici İşlər Nazirinin müavini X. Xələfov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri, Milli Məclisin İnsan hüquqları komitəsi və Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ilə görüşümüşdür. Səfər çərçivəsində Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Meksika Senatının xarici məsələlər komissiyasında “Əməkdaşlıq və parlamentlərarası dialoq haqqında” Anlaşma Memorandumu imzalanmışdır.

Səfər zamanı Senat nümayəndə heyətinin tərkibi aşağıdakılardan ibarət olmuşdur:

-Senator Qabriela Kuevas (Gabriela Cuevas Barron)

-Senator Marsela Qerra Kastilyo (Marcela Guerra Castillo)

-Senator Ana Qabriela Qevara (Ana gabriela Guevara Espinoza)

-Senator Rosa Adriana Diaz (Rosa Adriana Diaz Lizama)

-Senator Anxelika Arauxo (Angelica del Rosario Araujo Lara)

-Senatın Xilberto Boskes Beynəlxalq Tədqiqatlar Mərkəzinin əməkdaşı Arturo Maqanya (Arturo Magaña Duplancher).

2014-cü ilin 3 oktyabr tarixində Meksika Senatı Xarici Əlaqələr Komitəsinin Prezidenti xanım Qabriela Kuevas Barron IV Bakı Beynəlxalq Humanitar  Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı xanım  Q. Kuevas AR Milli Məclisi sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovla görüşmüşdür.

25 fevral 2014-cü ilin tarixdə “Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Qanunverici Orqan Rəhbərlərinin Forumu” nun (FOPREL) İcraçı katibi Santyaqo Rivas Leklair (Santiago Rivas Leclair) tərəfindən Səfirliyə ünvanlanmş məktubda FOPREL-in daimi katibliyi və şəxsən S.Rleklair tərəfindən, 1992-ci ilin 25-26 fevral gecəsində Xocalıda insanlıq əleyhinə törədilmiş cinayətin qurbanları yad edilərək, onların xalqımızın kədəri ilə bölüşdükləri qeyd edilir. Bununla yanaşı duyduqları həmrəylik hissinin öz parlamenti ilə təmsil olunan Azərbaycan xalqına çatdırılması xahiş olunur. 

27-30 noyabr 2014-cü il tarixdə AR Milli Məclisinin və Yeni Azərbaycan Partiyasının üzvü Asəf Hacıyev Mexikoda “Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı” (ICAPP) və “Latın Amerikası ve Karib Hövzəsi Ölkələrinin Siyasi Partiyalarının Daimi Konfransı” (COPPPAL) Əlaqələndirmə Orqanının 5-ci birgə sessiyası və “Asiya-Latın Amerikası Biznes Şuraı”nın 1-ci toplantısında iştirak etmək üçün Mexikoya səfər etmişdir. Tədbirdə A. Hacıyev ölkəmizi Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini və “ICAPP” Daimi Komitəsinin üzvü Əli Əhmədovun adından təmsil etmişdir. Səfər çərçivəsində cənab A.Hacıyev, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfiri cənab İ. Muxtarov, “COPPPAL” sədrinin müavini Qustavo Karvaxal (Gustavo Carvajal) və  Meksikanın hakim İnqilabi İnstitusional Partiyasının (PRI) Beynəlxalq əlaqələr üzrə katibi Xavier Veqa (Javier Vega) arasında birgə görüş keçirilmişdir. İşçi nahar formatında keçirilmiş görüşdə iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq və qarşılıqlı səfər və görüşlərin təşviqi imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Ticari-iqtisadi münasibətlər

Azərbaycan və Meksika arasında

ticarət dövriyyəsi (milyon ABŞ dolları ilə)

 

İllər üzrə

Ticarət dövriyyəsi

 

İdxal

 

 

İxrac

 

Saldo

2012-ci il

5049,5

4505,5

544,0

-3961,5

2013-cü il

6236,0

6203,1

32,9

-6170,2

2014-cü il

7208,0

7127,4

80,6

-7046,8

 

 

 

 

 













İdxal və ixrac olunan əsas ticarət malları:

Azərbaycan Respublikasına Meksikadan idxal: qurudulmuş noxud, dondurulmuş Sakit okean balıqları (əsasən qızıl balıq), təzə və dondurulmuş digər balıqlar (əsasən qızıl balıq), şəkərdən hazırlanan tərkibində kakao olmayan qənnadı məmulatları, habelə şokolad və ondan hazırlanan məmulatlar.

Azərbaycan Respublikasından Meksikaya ixrac: Araqatlar, şaybalar və maqnitil rezin lent, bərkitmələr, yer və tunelqazan maşınların hissələri.

Beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq

2006-cı ildə BMT Baş Assambleyasının 61-ci sessiyasında “GUAM ərazisində uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri” qətnaməsinin müzakirəsi zamanı səsvermədə Meksika Azərbaycanı dəstəkləmişdir.

2008-ci il mart ayının 14-də BMT Baş Assambleyasının 62-ci plenar iclasında  “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair” qətnamə üzrə keçirilmiş səsvermədə Meksika Azərbaycanın təşəbbüsünü dəstəkləməmişdir (bitərəf mövqe nümayiş etdirmişdir).

2011-ci ilin 23 oktyabr tarixində, Meksika xarici işlər nazirinin müavini Qomes Robledonun şifahi olaraq bildirdiyinə əsasən, 2012–2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə Azərbaycanın namizədliyini, Meksika dəstəkləmişdir (1-ci tur istisna olmaqla, sonrakı bütün turlarda). 

2010-cu ilin iyun ayında YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə keçirilən seçkilərdə (Abu-Dabi) Meksika Azərbaycanı dəstəkləmişdir.

2012–2013-cü illər üzrə BMT-nin İnsan Hüquqları Şurasının üzvlüyünə Meksikanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənməsi müqabilində Meksika tərəfi, 2017–2019-cu illər üçün İqtisadi və Sosial Şuranın üzvlüyünə Azərbaycanın namizədliyini dəstəkləyəcəkdir.

12 noyabr 2013-cü il tarixdə BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Meksikanın 2014-2016-cı illər üzrə İnsan Hüquqları Şurasına namizədliyinə Azərbaycandan dəstək verilmiş və Meksika Şuraya üzv seçilmişdir. Bununla əlaqədar Meksika XİN-dən daxil olmuş Notada Azərbaycan tərəfindən göstərilmiş dəstəyə görə dərin təşəkkür ifadə edilmiş, Şuranın gələcək inkişafı istiqamətində Azərbaycan hökuməti ilə əməkdaşlığa sadiqlik ifadə olunmuşdur.

2014-2015-ci illər üçün Beynəlxalq Dəniz Təşkilatının Şurasına (C kateqoriyası) Meksikanın namizədliyi Azərbaycan tərəfindən dəstəklənmişdir.

2013-2016-cı illər üzrə Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurasına Meksikanın namizədliyi Azərbaycan tərəfindən dəstəklənmişdir.

Meksika tərəfi 2017-2019-cu illər üçün İqtisadi və Sosial Şuranın üzvlüyünə Azərbaycanın namizədliyini dəstəkləyəcəyi barədə vəd vermişdir.

2013-cü ilin 12-13 aprel tarixində GUAM-ın Milli Əlaqələndirmə Şurasının iclasında Sakit Okean Alyansı ilə GUAM arasında siyasi dialoq təşəbbüsü müzakirəyə çıxarılmış və məsələyə müsbət münasibət bildirilmişdir. 2013-cü ilin sentyabr ayında Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası zamanı Sakit Okean Alyansı və GUAM sədrləri arasında görüş keçirilmiş və gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Digər sahələr üzrə əməkdaşlıq

19 oktyabr 2006-cı ildə Meksika Birləşmiş Ştatları səhiyyə naziri Xulio Frenki Azərbaycana səfər etmişdir. Səfər zamanı qonaq AR Prezidenti tərəfindən qəbul olunmuşdur.

2008-ci ilin dekabr ayında Meksikada Latın Amerikası Azərbaycanlıları Assosiasiyası fəaliyyətə başlamışdır.

24 noyabr 2009-cu ildə  Meksika XİN-in Avropa İdarəsinin rəisi X.İ.Madroso “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya səfər etmişdir.

6-11 mart 2010-cu ildə Azərbaycanın Meksikada mədəniyyət günlərinin keçirilməsi çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Ə.Qarayev Meksikaya səfər etmişdir.

4-11 sentyabr 2010-cu ildə Meksikanın biznes, siyasət, mədəniyyət dairələrini təmsil edən nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, ARDNŞ, Azərbaycan Dillər Universiteti, Azərbaycan Diplomatik Akademiyasında görüşlər keçirmişlər.

10-13 oktyabr 2010-cu ildə AR  rabitə və informasiya texnologiyaları naziri Ə.Abbasov Meksikaya səfər etmişdir.

12 oktyabr 2010-cu ildə Azərbaycanın “Azərmarka” şirkəti və Meksikanın Poçt Xidmətinin birgə hazırladığı “Tarixi yerlər” mövzusunda Azərbaycanla Meksikanın birgə istehsalı olan poçt markaları dövriyyəyə buraxılmışdır.

23-27 avqust 2010-cu ildə AR gənclər və idman nazirinin müavini İntiqam Babayev Meksikanın Leon şəhərində keçirilən Dünya Gənclər Konfransında iştirak etmək üçün Meksikaya səfər etmişdir.

19-25 oktyabr 2010-cu il  AR gənclər və idman naziri Azad Rəhimov Meksikanın Akapulko şəhərində keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının XVII Assambleyasında iştirak etmək üçün Mexikoya səfər etmişdir.

23-27 avqust 2011-ci ildə AR gənclər və idman nazirinin müavini İntiqam Babayev Meksikanın Leon şəhərində keçirilmiş Dünya Gənclər Konfransında iştirak etmişdir.

25 oktyabr 2011-ci ildə Meksikanın Akapulko şəhərində Nizami Gəncəvinin abidəsinin təməlqoyma mərasimi keçirilmişdir.

25-29 oktyabr 2011-ci ildə Meksikanın Akapulko şəhərində keçirilmiş “LA NAO” mədəniyyət festivalında Azərbaycanın incəsənət xadimləri konsert proqramı ilə çıxış etmişlər.

14-18 may 2012-ci ildə Meksikanın Aerokosmik Agentliyinin Baş direktoru Dr. Francisko Xavier Mendieta Ximenezin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.

21-23 avqust 2012-ci ildə Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Həsənov Meksikaya səfər etmişdir. 22 avqust tarixində Ə.Həsənov Meksika-Azərbaycan Dostluq Parkı və həmin Parkda ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin, həmçinin Tlakskoake – Xocalı meyadanı və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş abidənin açılışında iştirak etmişdir. Səfər zamanı Ə.Həsənov Meksika Senatının vitse-prezidenti Fransisko Vieyra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş sənədin müəllifi, senator Karlos Masias, həmçinin Meskika deputatlar palatasının sədri Oskar Arse ilə görüşlər keçirmişdir.

5-7 sentyabr 2012-ci ildə Meksikanın Maliyyə və İctimai Kreditlər Nazirliyinin təşkilatçılığı ilə Mexiko şəhərində keçirilmiş Suveren Sərvət Fondlarının 4-cü Beynəlxalq Forumunda AR Dövlət Neft Fondunun icraçı direktoru Ş.Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

5 noyabr 2012-ci ildə Xalqımızın Ümummilli Lideri H.Əliyev və Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidələrin əleyhinə Meksika mətbuatı və ictimaiyyəti arasında davam edən yalan və böhtan xarakterli kampaniya ilə əlaqədar Azərbaycan həqiqətlərinin Meksika ictimaiyyətinə çatdırılması məqsədi ilə AR Milli Məclisinin nümayəndə heyəti bu ölkəyə səfər etmişdir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti cari ilin 8 noyabr tarixində Meksika xarici işlər nazirinin müavini M.Aranda de Lourdez Bezauri, Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Teofilio Torres Corzo, Meksika Deputatlar Palatasının sədr müavini Fransisko Arroyo Vieyra, İnstitusional İnqilab Partiyasının baş katibi Kristina Diaz, Əmək Partiyasının rəhbəri Alberto Anaya Qutierez, senator Manuel Kamaço, o cümlədən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi və Xocalı soyqırımı abidəsi ilə əlaqədar Mexiko şəhər Hökuməti tərəfindən yaradılmış Komissiya üzvləri ilə görüşlər keçirmişdir.

23-25 may 2013-cü il tarixində Mexikoda keçirilən Nüvə Terrorçuluğu ilə Mübarizə üzrə Qlobal Təşəbbüsün İmplementasiya və Qiymətləndirmə Qrupunun görüşü və növbəti illik plenar iclasında iştirak etmək üçün AR XİN-in Hərbi-siyasi məsələlər idarəsinin rəisi vəzifəsini icra edən Yusuf Məmmədəliyev Mexikoya səfər etmişdir.

29 may-1 iyun 2013-cü ildə Bakıda keçirilmiş “2-ci Ümumdünya mədəniyyətlərarası Dialoq Forumunda” Meksikadan “Minilliyin Dünya Mükaftı” nın (Global Millennium Prize) prezidenti xanım Concepcion Olavarrieta iştirak etmişdir.

31 oktyabr – 1 noyabr 2013-cü il tarixdə Bakıda keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Meksikanın tanınmış “Mundo İnternacional” jurnalının redaktoru Otero Tamayo və “Minilliyin Dünya Mükaftı” nın (Global Millennium Prize) prezidenti xanım Concepcion Olavarrieta Azərbaycana səfər etmişlər.

20 yanvar 2014-cü il tarixdə Meksika Senatının Asiya-Sakit Okean ölkələri üzrə Xarici Əlaqələr Komitəsinin prezidenti, senator Teofilo Torres Korzo tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub ünvanlanmış və məktubda 20 Yanvar faciəsi ilə bağlı “24 il öncə Azərbaycanın müstəqilliyinə səbəb olan hadisələr” lə əlaqədar Asiya-Sakit Okean ölkələri üzrə Xarici Əlaqələr Komitəsinin üzvlərinin Azərbaycan xalqı ilə həmrəyliyi nümayiş etdirilərək, Azərbaycan və Meksika xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin saxlanılması və möhkəmləndirilməsinə sadiqlik ifadə olunmuşdur. Həmçinin, məktubda cənab T.T.Korzo tərəfindən, yenidən ölkə Prezidenti seçilməsi münasibətilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik ifadə edilmişdir.

2014-cü ilin 25 fevral tarixində Meksika Birləşmiş Ştatları Senatı Xarici Əlaqələr Komitəsinin Sədri, senator Qabriela Kuevas Barron, Senatın digər üzvləri Ana Qabriela Qevara, Anxelika Arauxo Lara və Rosa Adriana Diaz tərəfindən Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Meksikadakı Azərbaycan Səfirliyinə müraciət ünvanlanmışdır. Müraciətdə Xocalı faciəsinin qurbanlarının xatirəsi yad edilərək, qardaş Azərbaycan xalqı ilə ən səmimi həmrəylik ifadə olunmuşdur. 1992-ci ilin fevral ayında 613 nəfərin öldürüldüyü xatırlanaraq, bu humanitar fəlakət zamanı qurbanların, xüsusilə də qadınların və uşaqların ən təməl haqlarının – yaşamaq hüququnun əlindən alındığı bildirilmişdir.

2014-cü ilin 1 iyul – 31 avqust tarixində AR Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən birgə həyata keçirilən “Qonaq elmi işçilərin mübadiləsi proqramı”nda meksikalı tədqiqatçı-alim Xuan Manuel Ferez iştrak edir.

2014-cü ilin 1-2 iyul tarixində AR Dövlət Neft Fondunun icraçı direktoru                                Ş. Mövsümov Meksikada keçirilən Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin  (Extractive İndustries Transparency İnitiative) 27-ci iclasında içtrak etmək üçün Mexikoya səfər etmişdir. Səfər zamanı Ş. Mövsümov, həmçinin Meksika Senatının üzvləri ilə görüş keçirmişdir. İşçi nahar zamanı keçirilmiş görüşdə Azərbaycan-Meksika münasibətlərinin inkişaf perspektivləri və xüsusilə enrji sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

2014-cü ilin iyul ayında Meksikada “Mən Azərbaycan haqqında nə bilirəm” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsinin qlibləri (11 nəfər) Bakıya səfər etmişlər.

10-13 avqust 2014-cü il tarixdə Meksikanın Monterrey şəhərində “Mütəşəkkil Cinayətkarlıq, qaçaqmalçılıq və etibarsızlıq” mövzusunda keçirilmiş 17-ci Dünya Kriminalogiya Konqresində iştriak etmək üçün AR Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin baş müstəntiqi, ədliyyə kapitanı İlkin Rəhimli, Hüquqi təminat idarəsinin 1-ci şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı İlqar Kazımov və həmin idarənin 2-ci şöbəsinin hüquq məsləhətçisi, ədliyyə kapitanı Əsgər Hacıyev Meksikaya səfər etmişlər.

10-13 sentyabr 2014-cü il tarixdə Mexiko şəhərində Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən keçirilən dünya ölkələrinin uşaq ədəbiyyatının ənənəvi 34-cü konqresində iştirak etmək üçün AR Mədəniyyət və Turizm Nazirliyinin F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova və həmin kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova Mexikoya səfər etmişlər. Sözügedən səfərə tərəfimizdən təşkilati dəstək göstərilmişdir.

16-20 sentyabr 2014-cü il tarixdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti Meksikanın Puebla şəhərində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 9-cu Beynəlxalq PICARD Konfransında iştirak etmək üçün Meksikaya səfər etmişdir. Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ÜGT-nin baş direktoru cənab Kunio Mikuriya, Meksika Birləşmiş Ştatları Baş Gömrük İdarəsinin Baş Gömrük Administratoru Alexandro Çakon (Alejandro Chacón) ilə görüş keçirmişdir. Tədbirin son günündə 2015-ci ilin sentyabr ayında 10-cu Beynəlxalq PICARD konfransının Azərbaycanda keçirilməsi ÜGT rəsmiləri tərəfindən elan edilmişdir. Bununla əlaqədar olaraq, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev konfransda çıxış etmişdir. Konfrans iştirakçılarına Azərbaycanın mövcud inkişafı, o cümlədən gömrük xidmətinin nailiyyətləri barədə film nümayiş etdirilmişdir.

19-25 oktyabr 2014-cü il tarixdə Səfirliyimizin təşkilati dəstəyi ilə dünya şöhrətli muğam ifaçıları, Alim Qasımov və onun övladı Fərqanə Qasımova Meksikaya səfər edərək, ölkənin müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış etmişlər.

İki ölkə arasında problemli məsələlər

2013-cü ilin yanvarın 26–da xalqımızın ümummilli lideri Heydər Əliyevin Meksika-Azərbaycan Dostluq Parkı ərazisində ucaldılmış abidəsi Mexiko şəhər Hökuməti tərəfindən götürülmüşdür. Azərbaycanın maraqları və xalqımızın heysiyyatına toxunan bu hadisə Meksika və Azərbaycan arasında inkişaf edən münasibətlərə təsirsiz ötüşməmişdir.

Mexiko şəhər Hökuməti Azərbaycan Mədəniyyət Evi kimi fəaliyyət göstərəcək inzibati binanın səfirliyin istifadəsinə verilməsinə dair müvafiq saziş layihəsini təqdim etmişdir. Saziş layihəsi Azərbaycan tərəfində nəzərdən keçirildikdən sonra, AR Prezident Administrasiyasından daxil olmuş məktubda sənədin imzalanmasının məqsədəuyğun olmadığı bildirilmişdir. Bununla yanaşı, Mexiko şəhər hökuməti (Federal Bölgə Hökuməti) daşınmaz əmlakın Azərbaycan Respublikasına ötürülməsinə dair qərar qəbul etmiş və sözügedən qərar Federal Bölgə Hökumətinin Rəsmi Qəzetində 2015-ci ilin 7 yanvar buraxılışında dərc edilmişdir. Eyni zamanda, Federal Bölgə Hökumətinin mətbuat katibi bildirmişdir ki, qeyd edilən daşınmaz əmlakın Azərbaycan tərəfinə ötürülməsi üçün Meksika XİN-in müvafiq icazəsi vacibdir. Sözügedən icazə Meksika XİN-in müvafiq rəsmi notası ilə artıq Mexikodakı Səfirliyimizə daxil olmuşdur.

Müqavilə-hüquq bazası (imzalanmış sənədlər)

İki ölkə arasında 5 sənəd imzalanmışdır, 26 sənəd layihəsi baxılmaqdadır.

 “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyi arasında akademik diplomatik əməkdaşlıq haqqında Saziş”. Bakı, 28 mart 2008-ci il. İmzalandığı tarixdən qüvvəyə minmişdir.

 “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrin təsis edilməsinə dair Anlaşma Memorandumu”. Bakı, 28 mart 2008-ci il. İmzalandığı tarixdən qüvvəyə minmişdir.

 “Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında diplomatik pasporta malik vətəndaşların vizadan azad olunması haqqında Saziş. Nyu-York, 26 sentyabr 2008-ci il. 2 dekabr 2008-ci ildən etibarən qüvvəyə minmişdir.

 “Azərbaycan Respublikası “AZƏRMARKA” şirkəti və Meksika Poçt Xidməti arasında birgə markaların buraxılması haqqında Saziş”. Mexiko, 22 sentyabr 2010-cu il.

 “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Rabitə və Nəqliyyat Katibliyi arasında telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”. Mexiko, 12 oktyabr 2010-cu il.

Hazırda 26 saziş layihəsi iki ölkənin hökuməti tərəfindən baxılmaqdadır:

  1. Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında Saziş (Azərbaycan tərəfində baxılmaqdadır: s/23761/14, 08.04.2014; SMXK/254/14, 01.08.2014).
     
  2.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Turizm Nazirliyi arasında Anlaşma Memorandumu (Meksika tərəfində baxılmaqdadır).
  1. Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında hava əlaqəsi haqqında Saziş (Meksika tərəfində baxılmaqdadır).
     
  2.  Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arasında ekstradisiya haqqında Müqavilə (Azərbaycan tərəfində baxılmaqdadır. Layihəyə dair danışıqların davam etdirilməsi barədə Azərbaycan tərəfinin təklifi qarşı tərəfə çatdırılmışdır).
     
  3.  Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında sənaye və energetika sahəsində əməkdaşlıq haqqında Saziş (Meksika tərəfində baxılmaqdadır).
     
  4. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin Xaricdə Yaşayan Meksikalılarla İş üzrə İnstitutu arasında xaricdəki milli icmalara dəstək məqsədi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu (Meksika tərəfində baxılmaqdadır).
  1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Meksika Birləşmiş Ştatlarının Ailənin Ümumi İnkişafı üzrə Milli Sistemi arasında Anlaşma Memorandumu (Meksika tərəfində baxılmaqdadır).
     
  2.  Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş (Meksika tərəfində baxılmaqdadır).
     
  3.  Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş (Meksika tərəfində baxılmaqdadır).
     
  4.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
  1. Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
     
  2.  Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş. (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
  1.  Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
     
  2.  Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Meksika Birləşmiş Ştatlarının İqtisadiyyat Nazirliyi arasında kiçik və orta sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
  1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
     
  2.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
  1.  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Xarici İşlər Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş (2010-cu ildən Meksika tərəfində baxılmaqdadır).
  1.  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Meksika Birləşmiş Ştatlarının müvafiq təşkilatı arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
     
  2.  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Meksika Birləşmiş Ştatlarının müvafiq təşkilatı arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
  1. Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
  2.  Bakı Şəhər İcra Hakimiyyəti və Mexiko şəhər İcra Hakimiyyəti arasında Anlaşma Memorandumu (2008-ci ildən Meksika tərəfində baxılmaqdadır).
  1. Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş (2007-ci ildən Meksika tərəfində baxılmaqdadır).
     
  2.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş (Azərbaycan tərəfində baxılmaqdadır. XİN-in rəy və təklifləri 4/11-505/03/07 saylı 17.09.07 tarixli məktub ilə Maliyyə Nazirliyinə təqdim edilmişdir).
     
  3.  Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan tərəfində baxılmaqdadır. XİN-in rəy və təklifləri 4/11-568/03/07 saylı 11.10.07 tarixli məktub ilə Ekologiya Nazirliyinə təqdim edilmişdir).
  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Meksika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu (Azərbaycan tərəfində baxılmaqdadır. Layihə 2/11-1340/05/07 saylı 04.10.07 tarixli məktub ilə AR Nazirlər Kabinetinə təqdim edilmişdir).
  2.  Azərbaycan Respublikası Hökuməti və Meksika Birləşmiş Ştatları Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş (Azərbaycan tərəfində baxılmaqdadır. XİN-in rəy və təklifləri 4/11-328/02/07 saylı 20.06.07 tarixli məktub ilə AR Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir).
5. Meksika Birləşmiş Ştatları

Ümumi məlumat

Rəsmi adı:  Meksika Birləşmiş Ştatları

Ərazisi:  1 964 375 kv. km.

Əhalisi:  118,818,228 nəfər (iyul 2013)

Paytaxtı: Mexiko şəhəri

Dövlət dili: ispan dili, həmçinin 66 regional hindu dilləri mövcuddur  5 yaşından yuxarı olan hindu dilində danışan, ispan dilində isə danışmağa çətinlik çəkən əhali - 12%.

Pul vahidi: peso (Meksika pesosu)

Milli bayramı: 16 sentyabr – Respublika Günü (Müstəqillik Günü)

İnzibati ərazi bölgüsü: 31 ştat və 1 Federal Bölgə (Mexiko şəhəri – Mexico D.F.)

Etnik tərkibi: metis (Amerika hinduları və ispanlar) 60%, hindular  30%, ağlar  9%, digərləri 1%

Din: xristianlıq, katoliklər -89%, protestantlar 6%, digərləri -5 (0.1% yəhudi, 2.1% digərləri, 3.2% heç bir dinə mənsub deyil)

Əhalinin artımı: 1.07% (2013)

Yaş həddi (2013):

Ümumi əhali - 76.86 yaş

Kişilər - 74.03 yaş

Qadınlar - 79.83 yaş

Dövlət quruluşu: Federativ Respublikadır.

Dövlət başçısı: Prezident. Ümumxalq səsverməsi yolu ilə 6 il müddətinə seçilir. Sonuncu dəfə Prezident seçkiləri 2012-ci ilin 1 iyul tarixində keçirilmişdir.  Meksikanın növbəti Prezidenti vəzifəsinə İnstitusional İnqilab Partiyasının nümayəndəsi Enrike Penya Nieto seçilmişdir. O, 2012-ci ilin 1 dekabr tarixindən etibarən öz vəzifəsinin icrasına başlamışdır.

Qanunverici hakimiyyət: Konqres (tam adı: Birliyin Konqresi – Congreso de la Unión) tərəfindən həyata keçirilir. Senat və Deputatlar Palatasından ibarətdir.

Senat:  128 üzvdən ibarətdir, birbaşa səsvermə yolu ilə 6 il müddətinə seçilir.

Deputatlar Palatası: 500 üzvdən ibarətdir, 3 il müddətinə seçilir

İcraedici hakimiyyət: Prezidentin başçılığı ilə hökumət tərəfindən həyata keçirilir. Nazirlər Prezident tərəfindən təyin olunur.

İqtisadiyyat: Meksika Birləşmiş Ştatlarının iqtisadiyyatı əsasən xidmət sahələri, sənaye və kənd təsərrüfatı üzərində qurulub.

Xidmət sahələrindən turizm inkişaf səviyyəsinə görə seçilir. Əhalinin 58% bu sahədə çalışır

Sənayedə qida məhsulları istehsalı, toxuculuq, kimya sənayeləri, tütün, polad, neft, filiz, avtomaşın istehsalı inkişaf etmişdir. Əhalinin 24%-i bu sahədə çalışır.

Kənd təsərrüfatında dənli bitkilər, buğda, soya, düyü, paxla, pambıq, qəhvə, meyvə, tomat istehsalı və maldarlıq inkişaf edib. Əhalinin 24%-i bu sahədə çalışır

Ümumi Daxili Məhsul (ÜDM):  1.161 trilyon dollar

ÜDM (illik artım): 3.6%

İnflyasiya səviyyəsi: 4.1% (2012)

Büdcə:

Gəlirlər - 266.9 milyard dollar

Xərclər : 297.7 milyard dollar

İxrac: 371.4 milyard dollar

İdxal: 371.2 milyard dollar

Əsas ixrac tərəfdaşları: ABŞ - 78%, Kanada - 7.4%, İspaniya - 1.4%,

Əsas idxal tərəfdaşları: ABŞ - 49.9.2%, Çin – 15.4%, Yaponiya - 4.8%

Əsas ixrac malları – xam neft və neft məhsulları, gümüş, meyvə/tərəvəz, kofe, pambıq.

Əsas idxal malları – maşın və avadanlıq, toxuculuq malları, kənd təsərrüfatı maşınları, elektrik ləvazimatlar, avtomobil hissələri, motorlu maşınlar və təyyarə üçün hissələr.

 

Siyasi Partiyalar:

Ölkədə fəaliyyət göstərən əsas siyasi partiyalar aşağıdakılardır:

- İnstitusional İnqilab Partiyası (PRI – Partido de la Revolución Institucional) – hazırda iqtidardadır   

  (2018-ci ilədək).

- Milli Hərəkat  Partiyası (PAN – Partido de la Acción Nacional ) – 2006-2012-ci illərdə iqtidarda olub.

- Demokratik İnqilab Partiyası (PRD – Partido de la Revolución Democratica) – hazırda Mexiko şəhər Hökumətində iqtidardadır (2018-ci ilədək).

Meksikanın aparıcı informasiya agentliyi: “TELEVİSA” televiziya şirkətidir.

 

Aparıcı mətbuat orqanları:

“Reforma”, “Excelsior”, “El Universal”, “El Economista”, “La Jornada”, “Diario de Mexico” .

Ölkənin əsas daxili siyasət istiqamətləri:

Cinayətkarlığa qarşı mübarizə

Ölkədə yoxsulluq və işsizlik problemlərinin həlli (əhalinin təqribən yarısı yoxsul, 1/5 hissəsi isə kəskin ağır şəraitdə yaşayır)

Səhiyyə sahəsində islahatların aparılması

Təhsil səviyyəsinin yüksəldilməsi

İnformasiya texnologiyaları sahəsində geriləmələrin aradan qaldırılması, bütün əhalinin minimum xidmətlərlə (telefon/internet) təmin olunması.

6. Meksikanın xarici siyasəti

           Xarici siyasət prioritetləri:

  •  BMT və “Rio Qrupu” çərçivəsində Qərb yarımkürəsini kütləvi qırğın silahı olmayan bir zonaya çevirmək yolunda fəal iştirak etmək;
     
  • BMT-də, o cümlədən Təhlükəsizlik Şurasında islahatlar aparılmasına çalışmaq;
     
  • Beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında BMT-nin başlıca rol oynaması fikrini dəstəkləmək;
     
  • BMT-nin köməyi ilə ölkədə insan hüquqlarını qoruyan və demokratiyanı inkişaf etdirən beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq və inkişaf etdirmək;
     
  • Şimali Amerika Azad Ticarət Zonasında Meksikanın iqtisadi potensialını gücləndirmək;
     
  • Beynəlxalq məsələlərin həllində Meksikanın regional lider kimi təmsil olunmasına nail olmaq;
     
  • Həm yaxın qonşularla, əsasən ABŞ və Kanada ilə, həm də Avropa İttifaqı ölkələri ilə iqtisadi və siyasi əlaqələri daha da gücləndirmək;
     
  • Avropa İttifaqı ilə ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək;
     
  • Latın Amerikası ölkələri ilə nail olunmuş azad ticarət müqavilələrinə əsasən, bu zonada öz iqtisadi iştirakını gücləndirmək və Latın Amerikası ölkələri arasında güclü iqtisadiyyata və siyasi nüfuza malik dövlətə çevrilmək;
     
  • “Üçlər Birliyi” (Venesuela, Meksika, Kolumbiya) qurumunda fəal iştirak etmək;
     
  • Meksikalıların daha çox yaşadığı ölkələrlə əlaqələrin genişləndirilməsi və cinayətkarlığa qarşı mübarizə sahəsində (hər iki halda xüsusən ABŞ və Kanada nəzərdə tutulur) əməkdaşlıq etmək.

 Digər qeydlər:

  1. Meksika regionun ən böyük iqtisadi ittifaqı - Sakit Okean Alyansının üzvüdür. Sakit Okean Alyansı Latın Amerikası regionunda yaranmış yeni bir iqtisadi ittifaq ( Latin American trade bloc)  – azad ticarətə əsaslanan regional iqtisadi inteqrasiya təşəbbüsüdür. Sakit Okean sahili 4 üzvü (Çili, Meksika, Kolumbiya, Peru ) olan Qrup ölkələri Latın Amerikası regionunda ümumi daxili məhsulun 1/3-ni, regionda ümumi ixracatın isə 55faizini özündə cəmləşdirir. Alyansın  əsas təyinatı ittifaq daxilində kapitalın, əhalinin, əmtəə və xidmətlərin sərbəst dövriyyəsi, həmçinin azad ticarətin tətbiqi ilə regional iqtisadi inteqrasiyanın həyata keçirilməsi və nəticə etibarilə üzv dövlətlər arasında iqtisadi inkişaf və rəqabət qabiliyyətinin artırılması, sosial-iqtisadi qeyri-bərabərliyin aradan qaldırılması, habelə regionun beynəlxalq iqtisadi rəqabətliliyinin artırılması ilə dünya dövlətləri və xüsusilə Asiya-Sakit Okean regionu ölkələri ilə daha geniş ticarət əlaqələrinə nail olmaqdan ibarətdir. 
     
  2. Meksika həmçinin “Amerika Dövlətləri Təşkilatı - OAS” , “Avstralia Qrupu- AG”, “Latın Amerikası və Karib Dövlətləri Birliyi - CELAC”, “Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu - APEC”, “Şimali Amerika Azad Ticarət Razılaşması- NAFTA”, “Latın Amerikası və Karib Regionunda Nüvə Silahının Qadağan Olunması Agentliyi-OPANAL”, “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı-OECD” və digər regional və beynəlxalq təşkilat və təşəbbüslərin üzvüdür. 
     
  3.  Meksika Avropa İttifaqı ilə tərəfdaşlıq/azad ticarət sazişi imzalayan ilk Latın Amerikası ölkəsidir. “Aİ-Meksika İqtisadi Tərəfdaşlıq, Siyasi Koordinasiya və Əməkdaşlıq Razılaşması” (EU-Mexico Economic Partnership, Political Coordination and Cooperation Agreement) adlanan Saziş 1997-ci ildə imzalanmış və 2000-ci ildə qüvvəyə minmişdir. Tərəflər arasında azad ticarət zonası yaradan saziş Meksika ilə Aİ arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin inkişafına böyük təkan vermişdir. Məsələn 2013-cü ilin statistik göstəricilərinə görə Avropa İttifaqından Meksikaya ixracat 43 milyard, idxalat isə 20 milyard ABŞ dolları təşkil etmişdir. Hazırda ABŞ və Kanada ilə yanaşı Meksika ilə müvafiq yeni azad ticarət sazişinin razılaşdırılması (və ya mövcud sazişin yenilənməsi) istiqamətində iş gedir.
     
  4. Meksika Latın Amerikası və Karib regionu ölkələri arasında birbaşa xarici sərmayələrin həcminə görə  Braziliadan sonra 2-ci yerdə durur (2013-cü ildə müvafiq göstərici 44.6 milyard dollar təşkil etmişdir) .

 7. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Meksikanın mövqeyi

 Meksikanın xarici siyasət rəhbərliyi və rəsmiləri Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair öz mövqeyini ifadə edərkən kifayət qədər neytral olmağa çalışır və adətən “bütün iştirakçı tərəflərin razılığı ilə münaqişənin sülh danışıqları yolu ilə və regional təşkilatlar vasitəsilə həll edilməsinin vacibliyini” qeyd edirlər.

Meksika tərəfi bununla əlaqədar öz mövqeyini bildirərkən, “dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı” kimi prinsiplərə istinad etmir. 2011-ci ilin mart ayında nazir E.Məmmədyarovun Meksikada xarici işlər naziri Patrisia Espinosa ilə görüşü zamanı Meksikanın XİN rəhbəri bildirmişdir: “Hesab edirəm ki, bu münaqişə həll edilməyəcək problemlərdən deyil. Biz daim düşünürük ki, hər bir problemli məsələnin həlli üçün danışıqların aparılması vacibdir. Eyni zamanda, sözügedən vəziyyətin  də unikallığını biz dərk edirik.”

Həmçinin, qeyd etmək lazımdır ki, qondarma “erməni soyqırımı” məsələsində də Meksikanın rəsmi mövqeyi kifayət qədər neytraldır.

8.  Meksikanın erməni icması

2015-ci ilin 16 aprel tarixində Meksikanın “Xatirə və Dözümlülük” muzeyində qondarma “erməni soyqırımı”na həsr edilmiş “Ermənistan: Açıq Yara” adlı sərgidə nümayiş etdirilən məlumata əsasən hazırda Meksikada 2500 nəfər erməni yaşayır (Səfirliyin SMXK/102/15 saylı, 17.04.15 tarixli məktubu ). 

Ermənilərin iddiasına görə ilk erməninin Meksikaya gəlişi 1632-ci ildə qeydə alınmışdır (Francisco Martin). Digər bir erməni Don Pedro de Zarate ölkəyə 1723-cü ildə gəlmişdir. Həmçinin ermənilərin əksəriyyətinin ölkəyə 1910 – 1928-ci illərdə və əsasən də 1915-ci il qondarma “soyqırım” hadisələrindən sonra gəldiyi iddia edilir.

Lakin ermənilərin Meksikaya köç tarixi Səfirlik tərəfindən araşdırılmış və bu barədə Səfirliyin SMXK/154/13 saylı, 24.04.13 tarixli məktubu ilə tərəfimizdən Mərkəzə məlumat verilmişdir. Məlumat verdiyimiz kimi Meksika ərazisində ilk erməni ailələri keçmiş Osmanlı imperiyasına daxil olan Suriya ərazilərindən köçərək XIX əsrin 90-cı illərində məskunlaşmağa başlamışlar. Erməni icmasının təbliğatının əksinə olaraq qeyd etmək lazımdır ki, ABŞ və Latın Amerikası regionuna erməni miqrantları Osmanlı imperiyasından qaçqın düşərək deyil, iddia olunan qondarma “soyqırımı” tarixlərindən çox əvvəl – XIX əsrin sonlarından etibarən gəlməyə başlamışlar. ABŞ tarixindən məlum olduğu kimi, XIX əsrin ortalarında dünyanın müxtəlif bölgələrindən, əsasən də Avropa ölkələrindən ABŞ-a ikinci miqrasiya axını başlamış və bu proses XX əsrin I yarısında da davam etmişdir. ABŞ, habelə Şimali və Cənubi Amerika qitəsinin digər ölkələrinə miqrasiya edən bütün miqrantlar, o cümlədən erməni icması “türklərin əlindən” deyil, sadəcə Amerikaya köç etmək (o dövrün anlayışında Amerika məhz ABŞ kimi deyil, mücərrəd və geniş mənada qəbul edilib), daha yüksək həyat səviyyəsini əldə etməyə çalışmışlar.

Meksikaya erməni ailələrinin növbəti axını 1915-ci ildən sonra deyil, Avropanın milyonlarla digər etnik qrupları ilə birlikdə məhz 1920-ci ildən etibarən I dünya müharibəsindən sonra sosial-iqtisadi cəhətdən üzülmüş Avropa ölklərindən başlamışdır (əsasən Yunanıstan, İtaliya, Fransa ərazilərindən). 

1896-cı ildə Kubaya, ordan da Meksikanın liman şəhərlərindən biri olan Verakruz şəhərinə gələn ilk erməni ailələri Amerikaya – ABŞ-a gəldiklərini zənn etmişlər. Bir müddət sonra tam fərqli ölkədə olduqlarını anlayan ailələrin bir qismi ABŞ-a və xüsusən də keçmiş Meksika əraziləri olan indiki Kaliforniya ştatına köçmüş, qalanları isə əsasən Mexiko şəhərində məskunlaşaraq yeni bir ölkəyə köçmək istəməmişlər.

1920-1930-cu illər ərzində Meksikaya təqribən 80 ailə (350 nəfər) erməni əsilli miqrant gəlmişdir. Meksikaya gəlmiş ilk erməni ailələrinin böyük əksəriyyəti  Mexiko şəhərinin “La Merced” adlandırılan tarixi və mərkəzi rayonunda məskunlaşmış və əsasən ayaqqabı istehsalı və küçə ticarəti ilə məşğul olmuşlar. 1930-cu illərdə Mexiko şəhərində bir sıra erməni ailələri (Babayan, Tirakian, Dersdepanian və sair) ayaqqabı istehsalı və ticarətində monopoliya yaratmışlar. Qeyd etmək lazımdır ki, indiyədək Mexiko şəhərinin Tarixi Mərkəz rayonunda (“La Merced”) yerli ayaqqabı dükanlar şəbəkələrinin əksəriyyəti məhz olduqca zəngin erməni əsilli iş adamlarına məxsusdur.

Qeyd etmək lazımdır ki, 2007–2013-cü illərdə Meksikanın ABŞ-dakı (Meksikanın ən mühüm tərəfdaşı) keçmiş səfiri erməni mənşəli Arturo Saruxan olmuşdur. Qondarma “erməni soyqırımı” məsələsində Meksikanın rəsmi bitərəf mövqeyinə baxmayaraq, səfir Arturo Saruxan ABŞ-da səfir kimi fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın erməni icmasına bu məsələdə siyasi dəstək göstərmiş, diaspor təşkilatlarının təşkil etdiyi tədbirlərdə aktivlik nümayiş etdirmişdir. Arturo Saruxanın atası fizik, nüvə enerjisi üzrə mütəxəssis, hazırda Meksikanın Bio-müxtəlifliyin istifadəsi üzrə milli komitəsinin sədri (federal nazirlik səviyyəsində Meksikanın hökumət təşkilatı) akademik Xose Saruxan Kermez (keçmiş soyadı – Saruxanyan) uzun illər (1989-1997) Meksikanın ən böyük universiteti olan Milli Muxtar Universitetinin rektoru olmuşdur. Bu şəxslər 2012-2013-cü illərdə Meksikada Azərbaycan əleyhinə aparılmış qərəzli mətbuat kampaniyasına rəhbərlik etmişlər. Xose Saruxan, Mexiko şəhərində ucaldılmış xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi və Xocalı soyqırımının xatirəsinə həsr edilmiş abidənin əleyhinə çıxışlar etmiş, həmçinin Xocalı soyqırımına həsr edilmiş abidənin lövhəsindəki “soyqırımı” ifadəsinin dəyişdirilməsi, “Meksika-Azərbaycan Dostluq Parkında” yerləşən Azərbaycan xəritəsinin götürülməsini kütləvi informasiya vasitələrində təşviq edərək bir sıra müsahibələr vermişdir.

Xose Saruxanın atası Rusiya ermənisi Aruro Saruxanian (səfir nəvəsi ilə eyni adı daşıyır) Aleksandr Kerenskinin tərəfdarlarından olmuş və bolşeviklər hakimiyyətə gəldikdən sonra İtaliyanın Venesiya şəhərinə, daha sonra isə 1930-cu illərdə İtaliyadan Meksikaya köçmüşdür.

Meksikada zəngin və nüfuzlu əlaqələrə malik olan digər erməni ailələrindən biri də Arakelian ailəsidir ki, bu ailənin müxtəlif nümayəndələri Meksika ərazisində geniş “ARA” şirkətlər qrupu olaraq tikinti sektorunda fəaliyyət göstərir, habelə uşaq oyuncaqları istehsalı ilə məşğul olurlar.  

Əlavə etmək lazımdır ki, ayaqqabı istehsalı biznesində geniş dükanlar şəbəkisinə malik olan Tirakian ailəsi Saruxan aiələsi ilə yaxın qohumdurlar.

Həmçinin, qeyd etmək lazımdır ki, 2007-ci ilin aprel ayında Mexiko şəhərinin mərkəzi hissəsində yerləşən park ərazisində qondarma “erməni soyqırımı”na həsr olunmuş “abidə” qoyulmuşdur. “Abidənin” altında qeyd edilmişdir ki, “ilk erməni soyqırımına həsr olunan abidə yer kürəsi günü münasibəti ilə Mexiko şəhərinə hədiyyə edilir”. Qeyri-rəsmi məlumata görə, sözügedən “abidənin” qoyulması akademik Xose Saruxanın və Argentinada fəaliyyət göstərən erməni icmasının dəstəyi ilə reallaşmışdır.

2014-cü ilin fevral ayında Ermənistanın Meksikada Səfirliyi açılmış və 14 fevral tarixində səfir Qriqor Ovannisyan  (Grigor Hovhannisyan) etimadnaməsini prezident Enrike Penya Nietoya təqdim etmişdir. Fəaliyyətə başladığı gündən Ermənistan səfiri, Meksika və regionun digər ölkələrinin erməni diaspora təşkilatları ilə əlaqələndirilmiş şəkildə Azəbaycan və Türkiyə maraqları əleyhinə aktiv təbliğat fəaliyyəti aparır. Bununla yanaşı o, Rusiya Federasiyasının Meksikaya 2013-cü ildə təyin edilmiş (etimadnaməsini 14 fevralda təqdim etmişdir) erməni əsilli səfiri Eduard Malayan ilə sıx əməkdaşlıq edir.