2016-10-18
AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQILLIYININ 25-CI ILDÖNÜMÜ

Səfirliyi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə tədbir təşkil edilib. Mərasimdə Meksika Konqresi deputatlar Palatasının Meksika-Azərbaycan dostluq qrupunun üzvləri olan deputatları, hakim partiya olan “İnqlabi İnstusional Partiyası”nın sədr müavini Meksika cəmiyyətində böyük nüfuza malik olan xanım Elsa Espinosa və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Mehriban Səmədova  xalqımızın müstəqilliyə gedən yolda qarşılaşdığı maneələri qəhrəmanlıqla dəf etməsindən və ötən 25 il ərzində ölkəmizin arzu və niyyətlərini gerçəkləşdirərək keçdiyi bənzərsiz inkişaf yolundan, müstəqillik dövründə əldə olunmuş  nəaliyyətlərdən bəhs etmiş və qonaqlara Azərbaycan haqqında təqdimat xarakterli vieo çarx nümayiş etdirilmişdir. Daha sonra bu günədək öz həllini gözləyən  “Dağlıq Qarabağ problemi”  və  bu problemin aradan qaldırılması üçün dünyanın bütün proqresiv qüvvələrinin səylərinin artırılması və birləşdirilməsi zərurəti barədə tədbir iştirakçıları ilə diskusiyalar aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər